Xbr.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, indiyə qədər Hindistanda 440 min 685 nəfər COVID-19 infeksiyasına yoluxub. Hazırda koronavirusa yoluxanlardan 248 min 190 nəfər sağalıb, aktiv COVID-19 xəstələrinin sayı isə 178 min 480 nəfərdir. Onlardan 8 min 944-nün vəziyyəti ağırdır.
Hindistan COVID-19 xəstələrinin sayına görə dünyada dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 11:20-yə olan məlumatına əsasən, dünyada 9 milyon 194 mindən çox yoluxma və 474 min 502 ölüm faktı qeydə alınıb, 4 milyon 941 min 627 koronavirus xəstəsi sağalıb. Müalicəsi davam edən 3 milyon 778 min 316 nəfərdən 57 min 913-nün vəziyyəti ağır qiymətləndirilir.
Hibya Xəbər Agentliyi
Yorumlar
Kalan Karakter: